Noyabrın 3-ü cümə axşamı səhər saatlarına olan məlumata görə, Ukrayna hərbçiləri gün ərzində 730 rus əsgərini məhv edib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb. 

"İşğal başlayandan bəri rus ordusunun itkilərinin ümumi sayı 74.000 əsgərdir. Fevralın 24-dən noyabrın 3-dək düşmənin ümumi döyüş itkiləri təxminən: 2 754 tank, 5 579 döyüş zirehli texnikası, 1 777 artilleriya sistemləri, 277 təyyarə, 258 helikopter və digər vasitələr", - məlumatda deyilir.

Ağarza Elçinoğlu