Ermənistanda hərbi vəziyyətlə bağlı xidməti vəzifələrini yerinə yetirməkdən boyun qaçıran hərbçilər tərəfindən başlanmış cinayət işi üzrə 10 zabitin ibtidai istintaqı yekunlaşıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Respublikası İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsi məlumat yayıb. 

Məlumata görə, keçirilən genişmiqyaslı istintaq-əməliyyat tədbirləri nəticəsində 2020-ci il müharibə zamanı elan edilmiş hərbi vəziyyət şəraitində hərbi hissənin 2-ci atıcı taborunun komandir və 9 zabiti, eləcə də bir sıra hərbi qulluqçular hərbi xidmət vəzifələrini yerinə yetirməkdən boyun qaçırıb. 

Adıçəkilən 10 zabit barəsində yeni istintaq açılaraq məhkəməyə göndərilib. 

Ağarza Elçinoğlu