Rusiya prezidenti Vladimir Putinin Türkiyədə qaz qovşağı yaratmaq  təklifi uzunmüddətli perspektiv üçün nəzərdə tutulub.

"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın CNN Türk -ə müsahibəsində deyib .

“İnanıram ki, prezidentin bu təklifi uzunmüddətli perspektiv üçün nəzərdə tutulub və bunu  Ukraynadakı vəziyyətlə əlaqələndirmək düzgün deyil ”, - deyən Kalın, “Türkiyənin enerji infrastrukturunun bu cür gücü təmin etmək üçün çox uyğun olduğunu” vurğulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Trakya Türkiyə ilə Rusiya arasında əldə olunan razılaşmaya əsasən qaz qovşağının yaradılması yeri olacaq. Onun sözlərinə görə, bu məqsədlər üçün Trakya bölgəsinin şərq hissəsi ən əlverişlidir.

Gültəkin Ələsgər