Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Xerson vilayətinin Malaya Seydeminuxa kəndini Rusiya hərbçilərindən azad edərək orada dövlət bayrağını qaldırıblar.

"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bayrağı 61-ci əlahiddə səhra briqadasının hərbçiləri ucaldıblar.

Daha əvvəl Pentaqon rəhbəri Lloyd Ostin deyib ki, Ukrayna hərbçiləri səmərəli və metodik işlədikləri üçün Xersonu öz nəzarətlərinə qaytara bilərlər.