ABŞ Səhiyyə Departamenti son 40 ildə alkoqol qəbulu səbəbindən ölümlərin rekord həddə çatdığını bildirib.  

"Unikal" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, təkcə 2020-ci ildə Birləşmiş Ştatlarda 52 000 nəfər ölümü qeydə alınıb. 

Eyni zamanda, 2019-cu ildə ölüm nisbəti 39 min olub. Bildirilir ki,  "sərxoş" ölüm hallarının sayı 2020-ci ildən bu yana 26% artıb. Bu rəqəm son dörd onilliyin ən yüksək göstəricisi olub.

Hesabatda qeyd olunur ki, içki içənlər ən çox qaraciyər və mədəaltı vəzi çatışmazlığından və zəhərlənmədən ölür.

Seymur Əli