Qroznıdan Moskvaya uçan "Boeing 737" aviaşirkətinə məxsus "Utair" sərnişin təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı verib. 

"Unikal" xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. 

Məlumata görə, hadisə təyyarə hava limanından qalxdıqdan yarım saat sonra baş verib: "Təyyarə Qroznı hava limanına qayıtmaq üçün icazə istəyib, lakin sonra layner enərək minimum hündürlükdə uçuşunu davam etdirib. Sonradan məlum olub ki, təyyarə Mahaçqala hava limanına enib".

Təhlükə siqnalının səbəbi hələ məlum deyil. İlkin məlumata görə, xəsarət alan olmayıb.

Ağarza Elçinoğlu