Noyabrın 4-də Çinin sədri Si Cinpin Pekində Almaniya kansleri Olaf Şoltsla görüşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
"Siz Çin Kommunist Partiyasının 20-ci Qurultayından sonra Çinə səfər edən ilk Avropa liderisiniz", - deyə Cinpin Şoltsala görüşündə deyib.
"2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının düz 50 ili tamam olur", - Çin prezidenti əlavə edib.
Bundan əlavə, o, iki ölkə arasında əməkdaşlığın qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsiplərinə uyğun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Gülayə Mecid