Rusiya qüvvələrinin əhval-ruhiyyəsinin aşağı olması və əsgərlərin döyüşmək istəməməsi səbəbindən Ukraynada blokadalar yerləşdirməyə başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb. 

Bildirilib ki, rus  generallar bu bölmələrə döyüşdən qaçan fərari əsgərlərə silah istifadə etmələrini əmrini veriblər. 

"Fərariləri güllələmək taktikası, yəqin ki, Rusiya qüvvələrinin keyfiyyətsizliyini, aşağı əhval-ruhiyyəsini və intizamsızlığını göstərir", - deyə  məumatda qeyd olunub.  

Gülayə Mecid