Filippində "Nalqa" tropik qasırğası 152 nəfərin həyatına son qoyub.

"Unikal" xəbər verir ki, bu barədə təbii fəlakətlərin qarşısının alınması üzrə Milli Şura açıqlama yayıb. 

Məlumata görə, Filippində dörd milyondan çox insanın tropik "Nalqa" qasırğasının fəsadlarından əziyyət çəkib və bir milyondan çox insan evlərini tərk edərək 1186 müxtəlif mərkəzdə məskunlaşıb. 

Hesabatda qeyd olunub ki, azı 128 nəfər yaralanıb, 35 nəfər isə itkin düşüb. 

Fırtına 22 000 evə ziyan vurub, 2 000 yaşayış məntəqəsini tamamilə dağıdıb, 391 infrastruktur obyektinə dəymiş ziyan 2,91 milyard peso (49,63 milyon dollar) təşkil edib.

Ağarza Elçinoğlu