İlon Mask "Twitter"də bir həftə davam edən qeyri-müəyyənlikdən sonra bu gün çoxlu sayda işçinin işdən çıxarılması, ofislərin müvəqqəti bağlanması və işçilərin girişinin müvəqqəti olaraq bloklanması ilə bağlı qərar verəcək.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, mikrobloq və sosial şəbəkə xidmətləri şirkətinin yüksək səviyyəli menecerlərinin qərarı barədə elektron poçtla məlumatlandırılacaq. 7,5 min işçinin təxminən 3,7 min nəfərinin işdən çıxarılacağı güman edilir.

Mask, şirkətin bərpaya ehtiyacı olduğunu deyib. O, şirkəti almaq üçün sövdələşmədən əvvəl də bunda israr edib. Artıq bir sıra yüksək vəzifəli məmurlar işdən çıxarılıb.

Ağarza Elçinoğlu