Qəzzada qaçqın düşərgəsində yanğın baş verib.

"Unikal" xəbər verir ki, ziyafət keçirilən binada güclü yanğın baş verib. Hadisə nəticəsində azı 21 nəfər ölüb.

Qəzza zolağının şimalındakı Cabalia qaçqın düşərgəsində yerləşən yaşayış binası tamamilə yanıb. Hadisə nəticəsində yaralıların olduğu bildirilir. Lakin xəsarət alanların sayı barədə məlumat verilməyib.

Qeyd edək ki, Cabalia 2,3 milyon insanın yaşadığı səkkiz qaçqın düşərgəsindən biridir.