Qətərdə keçiriləcək Dünya Çempionatında futbolçulara rüşvət verilməsi iddiası irəli sürülüb. 

"Unikal" xəbər verir ki, bu barədə tədqiqatçı jurnalist Amjad Taha bildirib.

O, qeyd edib ki, rüşvət iddiası Qətər-Ekvador oyunu ilə bağlıdır. Belə ki, Qətər tərəfi Ekvadorun 8 oyunçusuna 7,4 milyon dollar rüşvət təklif edib.

Qətər-Ekvador oyunu noyabrın 20-də keçiriləcək.