Türkiyənin Uşak şəhərində tekstil şirkətində yanğın baş verib.

"Unikal"ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, yanğın tekstil şirkətin anbarlarının birində qeydə alınıb.

Yanğının qarşısının alınması üçün hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.