Sudandan İstanbula gedən taxıl daşıyan gəmi Mərmərə dənizində quruya çırpılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi bildirib.

"İki ədəd yedək gəmilərimiz Sudandan İstanbula gələrkən Rıbaçı adasının yaxınlığında quruya çırpılan 186 metr uzunluğunda boş yük daşıyan "CHARLES" gəmisinə göndərilib", - mətbuat xidməti açıqlayıb. 

CHARLES gəmisinin İstanbul Gəmi Nəqliyyat Mərkəzinin koordinasiyası ilə təhlükəsiz şəkildə lövbər saldığı vurğulanır.

Ağarza Elçinoğlu