İsveçdəki müstəntiqlər bildiriblər ki, “Şimal axını” qaz kəmərlərinə ziyan vuran partlayışlar təxribatın nəticəsidir.

"Unikal"  xəbər verir ki, bu barədə "The İndependent" nəşri məlumat yayıb.  

İsveç prokurorluğunun  yaydığı məlumatda,  "Aparılan təhlillər aşkar edilmiş bir neçə obyektdə partlayıcı maddələrin izlərini göstərir" , - qeyd olunub. 

Bəyanatda vurğulanır ki, boru kəmərinin zədələnməsinin yaxınlığındakı bu tapıntılar təxribat faktını təsdiqləyir.

“Şimal axını” qaz kəmərlərinə edilən hücumlarda əvvəllər Kreml günahlandırılırdı.

Gülayə Mecid