İsrail səfiri Corc Dik Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı qərara münasibət bildirib.
"Unikal" xəbər verir ki, bu barədə İsrail diplomatı "Twitter"də paylaşım edib.
Corc Dik qərarı qeyd olunacaq hadisə kimi dəyərləndirib: “Bu şüşəni açmaq vaxtıdır! Bu gün Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin açılması haqqında qanunu qəbul edib”.
Time to open that bottle!
— George Deek (@GeorgeDeek) November 18, 2022
Azerbaijan’s Parliament has just passed a law on the opening of an Embassy of Azerbaijan in Israel 🇮🇱🇦🇿 pic.twitter.com/TIZm7jgKJr