Moskvada “Meqa Ximki” ticarət mərkəzindəki OBI hipermarketində yanğın zamanı bir nəfər ölüb.

"Unikal" xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

***09:15

 Rusiyanın paytaxtı Moskva şəhərinin Leninqradskoye şossesində ticarət mərkəzi yanıb.

"Unikal" Ruisya KİV-lərinə istinadən xəbər verir ki, yanğın zamanı "MEGA Ximki" adlı ticarət mərkəzində partlayış da baş verib. 

Yanğının sahəsi 17 min kvadratmetrə çatır. Fövqəladə Hallar Nazirliyi yanğına üçüncü (artırılmış) mürəkkəblik dərəcəsi verib.

Həlak olanlar və yaralananlar barədə hələlik məlumat yoxdur.

Ağarza Elçinoğlu