İstanbulun Beşiktaş rayonunda yerləşən Çırağan sarayında yanğın nəzarət altına alınıb.

"Unikal" xəbər verir ki,  hadisə zamanı 3 işçinin tüstüdən zəhərləndiyi bildirilir.

***12:23

İstanbulun Beşiktaş rayonunda yerləşən Çırağan sarayının otel hissəsində  yanğın baş verib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə çoxlu sayda yanğınsöndürən cəlb olunub. İnsanlar oradan təxliyə edilir.