2014-cü il Minsk razılaşmasının Ukraynaya vaxt vermək cəhdi olduğunu deyən Almaniyanın keçmiş kansleri Angela Merkel xırda və alçaq hərəkət etdi. 

"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib. 

Lukaşenkonun sözlərinə görə, bu şəkildə danışan Merkel trenddə qalmağa çalışır. 

Bundan əvvəl Merkel Almaniyanın "Die Zeit" qəzetinə müsahibəsində Minsk razılaşmalarının Ukraynaya qiymətli vaxt və güclənmək imkanı vermək üçün bağlandığını bildirib. 

Ağarza Elçinoğlu