İranın ali rəhbəri Seyid Əli Xameneinin bacısı qızı Fəridə Muradxani 15 il müddətinə həbs cəzasına məhkum edilib.

"Unikal" “RadioFarda”ya istinadən xəbər verir ki, bunu Muradxaninin vəkili Məhəmməd Hüseyn Ağassi deyib. Onun sözlərinə görə, məhkəmə müvəkkilini ruhani olmamaqda ittiham edib.

Xatırladaq ki, İran İslam Respublikasının rəhbəri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani çərşənbə günü, noyabrın 23-də həbs edilib.