ABŞ-ın Meksika ilə həmsərhəd şəhəri olan El Paso şəhəri miqrantlar səbəbindən fövqəladə vəziyyət elan edib.

"Unikal" xəbər verir ki, müvafiq bəyanatla yerli mer Oskar Lizer çıxış edib. Mer vurğulayıb ki, o, “federal tərəfdaşlarla” miqrantlar ətrafında yaranmış vəziyyətdən danışdıqdan sonra bu qərarı verib.

Mən federal tərəfdaşlarımızla danışdım, onlar inanırlar ki, çərşənbə günü miqrantların sayı 2,5 mindən 6 minə qədər artacaq. Onların öhdəsindən gələ biləcəklərini soruşduqda, cavabı "yox" olub. Mən belə bir cavab alanda bu, dərhal hərəkətə keçməli olduğum anlamına gəlirdi ”, - deyə Liser bildirib.

Fövqəladə vəziyyətin tətbiqi fonunda yerli hakimiyyət orqanları vəziyyətə reaksiya vermək üçün daha çox resurslar cəlb edə biləcək. O cümlədən, söhbət miqrantlar üçün sığınacaqlarla işdən, hüquq-mühafizə orqanlarının işinin təmin olunmasından gedir.

El Pasoda sıfır və mənfi temperatur qeydə alınır. Eyni zamanda, şəhərin küçələrində açıq havada gecələyən miqrantların sayı nəzərəçarpacaq dərəcədə artıb. Gələn həftə isə miqrantların COVID-19-a yoluxma riski yüksək olan ərazilərdən qovulmasına icazə verən 42-ci bölmənin müddəti başa çatacaq.