Ağstafa rayonunun Dağ Kəsəmən kənd ərazisində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində Ağstafa rayon sakini, 1996-cı il təvəllüdlü M.Qocayeva və daha bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.