Dekabrın ilk 20 günündə - Çin hökuməti koronavirusla bağlı 3 illik məhdudiyyətləri aradan qaldırdıqdan sonra 250 milyon insana COVID-19 diaqnozu qoyulub. Bu, ölkə əhalisinin 18 faizini təşkil edir.

"Unikal" xəbər verir ki, təkcə ötən çərşənbə günü 37 milyon insan COVID-19-a yoluxub.

Pekin və digər şəhərlərdəki xəstəxanalar epidemiya səbəbindən yaşlı, yataq xəstələri ilə dolub. Təcili yardım və reanimasiya şöbələrində az sayda boş çarpayı qalıb. Buna baxmayaraq, ölkə koronavirus məhdudiyyətlərindən hələ də imtina edir.