Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) Rusiyanın Saratov yaxınlığındakı “Engels” Hərbi Hava Bazasına yaxınlaşarkən vurulub.

"Unikal" xəbər verir ki,  bu  barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilir ki,hadisə nəticəsində 3 rus əsgəri həlak olub.

***09:00

Rusiyada Saratov yaxınlığındakı "Engels" hərbi aerodromda partlayış səsləri eşidilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb.

""Engels" aerodromunda  həyəcan səsi eşidilir. Ondan əvvəl iki böyük partlayış səsləri eşidildi",- mesajda deyilir.

Məlumata görə, Rusiyanın Ukraynaya bütün kütləvi raket hücumları məhz bu aerodromdan həyata keçirilir. Burada Rusiyanın strateji aviasiyası - Tu-95 və Tu-160 bombardmançıları saxlanılır.

Gülayə  Mecid