İtaliyanın Milan şəhərində azyaşlıların saxlandığı həbsxanadan 7 nəfər qaçıb.

"Unikal" xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.

Bildirilir ki, Milanda Çezare Bekkariya həbsxanasından yaşları 17-19 arasında olan 7 məhbus qaçıb. Belə ki, həbsxananın həyətində davam edən işdən istifadə edən məhbuslar məftil çəpəri qıraraq həbsxananı əhatə edən divarı aşıb.

Qaçanlardan ikisi qısa müddətdə yaxalanıb.

Bu arada qaçış cəhdi ilə əlaqədar bəzi məhbusların etiraz əlaməti olaraq bir neçə kameranı yandırdığı, təhlükəsizlik qüvvələri və yanğınsöndürənlərin hadisələrə müdaxilə etdiyi öyrənilib.

Seymur Əli