Serbiyanın cənub-şərqində Niş-Dimitrovqrad dəmir yolu xəttində ammonyakla yüklənmiş yük qatarı vaqonu aşıb.

"Unikal" xarici KİV-ə istindən xəbər verir ki, Serbiya Daxili İşlər Nazirliyinin açıqlamasına görə,  vaqonlarının aşması nəticəsində ammonyak havaya qarışıb.

Açıqlamada 51 nəfərin ammonyakdan zəhərləndiyi bildirilib, rayon əhalisinə evlərini tərk etməmək barədə xəbərdarlıq edilib.

Bölgədə məktəblər 1 gün müddətinə bağlanıb.