Türkiyədə zirehli hərbi maşın aşıb.

"Unikal" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, sürücüsünün idarəetməsindən çıxan hərbi texnika Diyarbəkir-Silvan yolunun Köprübaşı bölgəsində qəzaya uğrayıb. 

Qəza səbəbindən magistral yolda nəqliyyat bir müddət dayandırılıb. Məlumata görə, maşında olan 6 əsgər yaralanıb. 

"Qəzada yaralanan 6 əsgər hadisə yerində edilən ilk müdaxilənin ardından xəstəxanaya aparılıb. Əsgərlərin səhhəti yaxşıdır", - məlumatda deyilir. 

Ağarza Elçinoğlu