Rusiyada dövlət tərəfindən dəstəklənən RT televiziya kanalı yeni il klipində enerji və elektrik enerjisi çatışmazlığı ilə bağlı Avropaya mesaj verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, RT-nin paylaşdığı "Hamster Story" klipində Avropada Yeni ili qeyd edən bir ailə görünür.

Görüntüdə 2023-cü il Milad bayramında ailə üzvləri evin içində olsalar da paltoları, şərfləri və papaqları ilə oturub pəncərədən soyuq girərək köhnə bir evdə yemək yeyirlər.

Avropaya enerji və elektrik çatışmazlığı ilə bağlı mesaj verən klipin sonunda “Anti-Rusiya Milad bayramınız mübarək! Medianız sizə hər şeyin hara getdiyini söyləməzsə, RT-yə VPN vasitəsilə daxil olmaq olar", - deyə sözləri yer alıb. 

Gülayə Mecid