Rusiyanın Vladimir vilayəti Qanunvericilik Məclisinin deputatı Pavel Antonov Hindistanda qaldığı hoteldə ölü tapılıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 65 yaşlı rusiyalı deputat Rayaqadadakı Odisha otelinin üçüncü mərtəbəsindən yıxılaraq ölüb. 

Qeyd edək ki, polisdən verilən məlumata görə, turist dekabrın 22-də həmin hoteldə vəfat edən dostu Vladimir Bidenovun ölümü ilə əlaqədar depressiyaya düşüb. Qeyd edilib ki, kişi öz otağında huşsuz vəziyyətdə tapılıb, onun yanında bir neçə boş şərab şüşəsi olub.

Ağarza Elçinoğlu