Dekabrın 26-da Gürcüstanın Oni şəhəri yaxınlığında iki zəlzələ baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Təbiət hadisələri günorta saatlarında 3,6 və 3,7 bal gücündə qeydə alınıb. 

Zəlzələ nəticəsində dağıntı olmayıb.

Ağarza Elçinoğlu