Bağırsaq xərçəngi ilə mübarizə aparan Braziliya millisinin sabiq futbolçusu Pele ailə üzvləri ilə vidalaşıb.

"Unikal" xəbər verir ki, San-Pauludakı Albert Eynşteyn xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən üçqat dünya çempionunun vəziyyəti daha da ağırlaşıb. Əfsanəvi oyunçu video zəng vasitəsilə yaxnları ilə sağollaşıb.

Ailə üzvləri üçqat dünya çempionunun durumunun kritik olduğunu bildiriblər.

Qeyd edək ki, Pele ötən ilin sentyabrında yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. Veteran futbolçu sonradan bir neçə dəfə xəstəxanaya yerləşdirilib.