Rusiya Prezidenti Vladimir Putin Rusiya hərbi sənaye komissiyasında sədrin birinci müavini kimi yeni vəzifə yaradıb.

"Unikal" xəbər verir ki, bu vəzifəni Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev tutacaq.

Bu barədə müvafiq fərman hüquq informasiya portalında dərc olunub. Fərman imzalandığı gündən qüvvəyə minib.