“Yandex Cədvəlləri” xidmətinin məlumatına görə, qar yağması səbəbindən Moskva hava limanlarında 60-dan çox reys təxirə salınıb. 

"Unikal" xəbər verir ki,  Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında ümumilikdə 39 reys yubanıb, 22 reys təxirə salınıb.

Yandex Cədvəl xidmətinə əsasən Vnukovoda səkkiz reys gecikib , daha səkkiz reys təxirə salınıb, Domodedovoda 18 reys gecikib, doqquz reys təxirə salınıb, Şeremetyevoda reyslər gecikib, beşi ləğv edilib.

Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib ki, bu həftə Rusiya paytaxtına güclü qar yağacaq, qarın hündürlüyü Yeni il gecəsinə qədər 5-8 santimetr artacaq. Dekabrın 27-də yağan qarın intensivliyi artacaq. Dekabrın 28-i gecə, eləcə də səhər saatlarında qar yağmaqda davam edəcək.