“Bu gün səfir İrit Lillian Prezident Rəcəb Tayyib Ərdoğana etimadnamə təqdim edərkən Ankarada, Prezident Sarayında yenidən İsrail himnini eşitmək çox təsir edici idi”.

"Unikal" xəbər verir ki, bunu İsrail Prezidenti İsxaq Hersoq rəsmi “Twitter” səhifəsində türk dilində yazıb.

“Mən Türkiyə səfirinin etimadnaməsini qəbul etməyi səbirsizliklə gözləyirəm. Bu İsrail-Türkiyə münasibətlərində böyük bir addımdır”, - deyə dövlət başçısı qeyd edib.