"Biz İranın nüvə proqramının qarşısını almaq üçün istənilən əmri yerinə yetirməyə hazırıq"

"Unikal" xəbər verir ki, bunu İsrail ordusunun baş qərargah rəisi Aviv Koxavi bildirib. 

İslam Respublikasının nüvə silahının regionda ən böyük potensial təhlükə olduğunu bildirən Aviv Koxavi habelə İsrailin İslam Respublikasının Suriyada raket sistemləri yerləşdirmə cəhdinin qarşısını aldığını və bu rejimin Suriyadakı baza və qüvvələrinin əvvəlkindən xeyli kiçildiyinə işarə edərək, Tehrana qarşı mübarizənin Yaxın Şərqdəki İranmeyilli bütün qüvvələrin fəaliyyətini əhatə etməli olduğunu vurğulayıb.