Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 826 446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 961 nəfər müalicə olunaraq sağalıb, 10 008 nəfər vəfat edib, aktiv xəstə sayı 477 nəfərdir.

Ölkədə son sutka ərzində 598, hazırkı dövrədək isə 7 432 722 test aparılıb.