Rusiyaya genişmiqyaslı işğalın başlamasından sonra Avropa ölkələrinə gedən ukraynalıların sayı 7 milyon 915 min 287 nəfərə çatır.

"Unikal" xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) idarəsi məlumat yayıb.

Bildirilir ki, fevralın 24-dən bu yana 17 milyondan çox insan Ukraynanı tərk edərək Avropa ölkələrinə gedib, 9,1 milyondan çox insan isə Ukraynaya qayıdıb.

Gülayə Mecid