Koronavirus tədbirlərinin ani bir qərarla ləğv edildiyi Çində yoluxma və ölüm halları sürətlə artır.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, morqların dolub-daşdığı ölkədə meyitlər küçənin ortasında yandırılmağa başlayıb.

Sosial mediada yayılan görüntülərdə Şanxayın Huinan qəsəbəsində bir video diqqət çəkib.

Belə ki, kadrlarda yas tutan ailənin koronavirusdan dünyasını dəyişən yaxınlarını yandırdıqları əks olunub. Video qısa zamanda dünya mediasında gündəm yaradıb.

Qeyd edək ki, Şanxayda koronavirusa görə  xəstəxanalarda və meyitxanalarda yer olmadığı bildirilmişdi.  

Samirə Bəhramova