Rus ordusu Krımın şimalında yerləşən bölgənin ən böyük zavodunu nəzarətə götürüb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Milli Müqavimət Mərkəzi məlumat dərc edib. 

"İşğal altında olan Armyanskda "Krım Titan" zavodunun ərazisinə radiasiya, kimyəvi və bioloji müdafiə bölmələri yerləşdirib", - məlumatda deyilir. 

Qeyd olunur ki, canlı qüvvə ilə yanaşı, Rusiya ordusunun hərbi texnikası da obyektin ərazisində cəmləşib. 

Kimya sənayesi obyektlərində qoşunların yerləşdirilməsi beynəlxalq humanitar hüquq normalarını pozur. 

Ağarza Elçinoğlu