Rusiya prezidenti Vladimir Putin videokonfrans zamanı yerinə yetirilməyən tapşırığa görə əsəbiləşib.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, müharibədə Rusiya ordusunun artan itkiləri və sanksiyaların yaratdığı iqtisadi problemlərdən əsəbi olduğu deyilən Putin yüksək səviyyəli hökumət rəsmiləri ilə videogörüşdə baş nazirin müavini,  sənaye və ticarət naziri Denis Manturovu açıq şəkildə sərt tənqid edib.  

Belə ki, Yeni il tətilini Türkiyədə keçirdiyinə görə Denis Manturov yeni mülki və hərbi təyyarələrlə bağlı müqavilələri başa çatdıra bilməyib. Buna görə də onlayn iclas zamanı baş nazirin müavininə qəzəblənən Putin  “Müqavilə yoxdur. Mənə nə deyəcəksən? Menecerlər mənə dedilər ki, heç bir müqavilə bağlanmayıb. Niyə boş-boş oturursan?” - deyə sözlərindən istifadə edib. 

İclasdan yayımlanan görüntülərdə Baş nazirin müavini Denis Manturov və digər dövlət rəsmilərin bu hadisəni heyrətlə izlədiyi və susqunluğu əks olunub.

Yüksək səslə danışmağa davam edən Putin, “Bu iş bir aya bitəcək. Sizə deyirəm, bir aydan sonra bu iş hazır olmalıdır", - deyə tapşırıq verib. 

Gülayə Mecid