Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan qazının Avropaya nəqlindən danışıb.

"Unikal" xəbər verir ki, Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir bu barədə italiyalı həmkarı Antonio Tayaninin Ankaraya səfəri çərçivəsində keçirilən birgə mətbuat konfransında söz açıb.

XİN başçısı qeyd edib ki, Türkiyə Azərbaycan qazının Avropanın cənub-şərq regionuna çatdırılması üçün işlər aparır.

Türkiyəli nazir, həmçinin Ukraynadakı müharibənin başa çatması və Suriya ilə normallaşma prosesində Ankaranın səy göstərdiyini xüsusi vurğulayıb.