Ukrayna parlamenti Ali Rada bu gün Viktor Medvedçuku və rusiyayönlü baxışları ilə tanınan daha 4 deputatı mandatlarından məhrum edib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatlarından biri məlumat verib.

Rusiyayönlü baxışları və Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələri ilə tanınan Viktor Medvedçuk 2022-ci ilin yayında fəaliyyəti dayandırılmış Radada təmsil olunan ən böyük müxalifət qüvvəsi olan “Həyat üçün müxalifət platforması” alyansına rəhbərlik edirdi.

Medvedçukun özü vətənə xəyanət ittihamı ilə həbs edilib və bir neçə ay Ukrayna həbsxanasında qaldıqdan sonra 2022-ci ilin sentyabrında Mariupolda əsir götürülmüş “Azov” alayının döyüşçüləri ilə dəyişdirilib.

Gültəkin Ələsgər