Britaniya xarici işlər naziri Ceyms Kleverli Rusiyanın ona qarşı sanksiya tətbiq etməsinə münasibət bildirib.

"Unikal" xəbər verir ki, bu barədə xarici işlər naziri Kleverli "Twitter"də paylaşım edib.

"Rusiya hökuməti tərəfindən mənə sanksiya tətbiq olunub. Bu yaxşıdır. Əgər bu, Ukraynanın azadlığını dəstəkləməyin bədəlidirsə, sanksiyaya məruz qalmağıma şadam", o qeyd edib.