Türkiyənin milli müdafiə naziri Hulusi Akar Böyük Britaniyanın müdafiə naziri Ben Uolleslə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Müdafiə naziri Ben Uolles Türkiyənin müdafiə naziri Akar ilə görüşərək müdafiə əlaqələrimizin gücləndirilməsi və regional təhlükəsizlik məsələləri, o cümlədən Rusiyanın Ukraynaya müdaxiləsi məsələlərini müzakirə edib”, - Britaniya MN-dən bildirilib.