İstanbul boğazında saya oturan “MKK-1” adlı quru yük gəmisi xilasetmə işləri nəticəsində saydan çəkilib.

"Unikal" Anadolu Agentliyinə istinadla xəbər verir ki, artıq boğazda gəmilərin ikitərəfli hərəkəti bərpa olunub.

Xatırladaq ki, Ukraynadan gələrək İstanbul boğazında lövbər salan Palau bayrağı altında üzən “MKK-1” gəmisinin yanvarın 16-da səhər saatları saya oturması səbəbindən hövzədə gəmilərin hərəkəti ikitərəfli qaydada dayandırılmışdı