Ukrayna prezidenti Volodimir Zelenskinin ofisi Aleksey Aretoviçin prezidentin müşaviri vəzifəsindən istefasını qəbul edib. 

"Unikal" xəbər verir ki, bu barədə yanvarın 17-də prezidentin mətbuat katibi Sergey Nikiforov məlumat verib.

Qeyd edək ki, bu gün Arestoviç özünün "Faceboo"k səhifəsində istefa məktubu yazdığını bildirib.

Ağarza Elçinoğlu 

xxx

13:15

Ukrayna prezidenti ofisi rəhbərinin müşaviri Aleksey Aretoviç istefa ərizəsi yazıb.

"Unikal" xəbər verir ki, o, bu barədə "Facebook"da paylaşım edib.

Qeyd edək ki, Aleksey Aretoviç Rusiya ordusunun Dnepr şəhərində çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirməsi ilə bağlı yanlış məlumat verdiyi üçün tənqidlərə məruz qalmışdı.