Rusiya Silahlı Qüvvələrinin sayı artırılaraq 1,5 milyon hərbçiyə çatdırılacaq. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin baş komandanları ilə görüşündə bildirib. 

"Rusiya Federasiyasının prezidenti Silahlı Qüvvələrin sayını 1,5 milyon hərbçiyə çatdırmaq qərarına gəlib", - Şoyqu açıqlayıb. 

Nazir vurğulayıb ki, yalnız Silahlı Qüvvələrin əsas struktur hissələrini gücləndirməklə Rusiyanın hərbi təhlükəsizliyini təmin etmək, ölkənin yeni subyektlərini və mühüm obyektlərini qorumaq mümkündür.

Ağarza Elçinoğlu