Rusiya Xarici İşlər Nazirliyi rusları çox zərurət olmadıqca Peruya getməməyə çağırıb. 

"Unikal" xəbər verir ki, artıq ölkədə olan ruslara ehtiyat tədbirləri görmələri və insanların çox olduğu yerlərdən uzaq durmaları tövsiyə olunur.

Bu barədə Smolenskaya meydanında 50-dən çox insanın həlak olduğu etirazçılarla polis arasında toqquşma barədə məlumatı şərh edərkən bildirib.

"Vəziyyəti nəzərə alaraq, biz Xarici İşlər Nazirliyinin Peruya səfərdən çəkinmək barədə əvvəlki tövsiyələrini təsdiq edirik", nazirliyin saytında deyilir.