Finlandiya prezidenti Sauli Niiniste Ukraynaya səfər edib. 

"Unikal" xəbər verir ki, Kiyevdə o, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. 

"Ukrayna Finlandiya və Fin xalqının dəstəyini yüksək qiymətləndirir", - Zelenski yazıb.

O, Niinisteyə səfərə görə təşəkkür edib.

Öz növbəsində, Finlandiya prezidenti səfər zamanı ölkəsinin Ukraynaya möhkəm və sarsılmaz dəstək göstərəcəyini təsdiqləyib. 

Ağarza Elçinoğlu