71 yaşlı gürcüstanlı qadın Bakıda özünü 9-cu mərtəbədən atıb
71 yaşlı gürcüstanlı qadın Bakıda özünü 9-cu mərtəbədən atıb

O, xərçəng xəstəliyindən əziyyət çəkirmiş

Bakıda dəhşətli intihar hadisəsi baş verib. Xətai Rayon Prokurorluğundan aldığımız məlumata görə, hadisə ötən gecə Xətai rayonu, Cavanşir küçəsi 21 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan qohumlarıgilə qonaq gələn Gürcüstan vətəndaşı, 1941-ci il təvəllüdlü Gözəl Səməd qızı İmaməliyeva özünü 9-cu mərtəbədən atıb. Qadın aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Mərhumun özünə qəsd etməsinin səbəbləri barədə ətraflı məlumat verilməsə də, onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.